home Mərkəzi Bank   Kommunikasiya departamenti  in English
Logo Capitol map blur
r01
  PRESS RELİZLƏR         FOTO QALEREYA         VIDEO QALEREYA         MƏTBUAT    
     
  17 mart 2011, Bakı. Mərkəzi Bankın sədri Corctaun Universitetində
təqdimatla çıxış edib

Elman Rustamov

Mərkəzi Bankın sədri Elman Rüstəmov Dünya Bankının Vaşinqtondakı baş ofisində keçirilən “Azərbaycan
günləri” çərçivəsində ABŞ-ın məşhur təhsil ocaqlarından olan Corctaun Universitetində “Azərbaycanın iqtisadi
modernizasiyası və post-böhran dövrü: çağırışlar və strategiyalar” mövzusunda təqdimatla çıxış edib.

Təqdimatla iştirakçılara Azərbaycan haqqında ümumi informasiya, ölkədə aparılan islahatlar və əldə olunan
tərəqqi, qlobal böhrana qarşı dayanıqlılıq, postböhran dövrünün çağırışları, maliyyə sabitliyi, pul siyasəti və
yeni iqtisadi strategiyalar barədə ətraflı məlumatlar verilib. Qlobal böhranın neqativ təsirləri və onların
neytrallaşdırılması istiqamətində görülmüş tədbirlər təqdimatla xüsusi diqqətə çatdırılıb. Qeyd olunmuş ki,
qlobal böhran başlamamışdan öncə ölkədə baş vermiş yüksək inkişaf, preventiv ehtiyatlanma tədbirləri və
formalaşdırılmış təhlükəsizlik yastığı böhranın təsirlərinin neytrallaşdırılmasında mühüm rol oynamışdır.
Bununla belə qlobal böhranın aktiv fazasında da hökumət və Mərkəzi Bank effektiv antiböhran tədbirləri görə
bilmişlər. Nəticədə qlobal böhranın baş verdiyi illərdə də Azərbaycan inkişafını davam etdirmiş və dayanıqlığını
qorumuşdur. Eyni zamanda Azərbaycanın beynəlxalq imici daha da yaxşılaşmışdır. Hazırda Azərbaycan
iqtisadiyyatı qarşısında bir strateji məqsəd dayanır: ölkənin qazandığı inkişaf templərini qorumaq və yuxarı
gəlirli ölkələr qrupuna daxil olmasını təmin etmək.

“Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən milli iqtisadiyyatın daha da müasirləşdirilməsi və
şaxələndirilməsi, biznes və investisiya mühitinin radikal yaxşılaşdırılması və sağlamlaşdırılması, kiçik və orta
sahibkarlığın rolunun artırılması ilə əlaqədar strateji təşəbbüslər irəli sürülmüşdür. Bu strategiyanın
realizasiyası üçün yeni iqtisadi inkişaf modelinin müəyyənləşməsi prioritet məsələdir” – deyə Elman
Rüstəmov qeyd edib. Universitetin professor-müəllim heyəti tərəfindən böyük maraqla qarşılanan təqdimat
aktiv müzakirə şəraitində keçib və E.Rüstəmov iştirakçılar tərəfindən verilən sualları cavablandırıb.

 
        Dünya Bankının
        Vaşinqtondakı
        baş ofisində
        Azərbaycan Günləri

        15-16 Mart tarixində
        20 illik uğurlu əməkdaşlıq


        Tədbirlər:
        Xalça sərgisi
        və Toxuculuq dərsi

        Azərbaycan mətbəxi

        Canlı musiqi

        Rəsmi görüşlər

ornamental
Created by Azerin LLC