home Mərkəzi Bank   Kommunikasiya departamenti  in English
Logo Capitol map blur
r01
  PRESS RELİZLƏR         FOTO QALEREYA         VIDEO QALEREYA         MƏTBUAT    
     
  16 mart 2011, Bakı. Dünya Bankında “Neft gəlirlərinin idarə olunması və şəffaflıq”
mövzusuna, Uğurlu “Maliyyə Xidmətlərinin İnkişafı” layihəsinə dair təqdimat
keçirilmişdir


Dünya Bankının Vaşinqtondakı baş ofisində keçirilən Azərbaycan günləri ilə əlaqədar Mərkəzi Bankın sədri
Elman Rüstəmovun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində ABŞ-a səfər edən Azərbaycan Dövlət Neft
Fondunun icraçı direktoru Şahmar Mövsümov “Neft gəlirlərinin idarə olunması və şəffaflıq” mövzusunda
məruzə ilə çıxış edib. Neft Fondu barəsində tədbir iştirakçılarına geniş məlumat verən Ş.Mövsümov 1994-cü
ildən etibarən Azərbaycan Respublikasında həyata keçirilən ümummilli liderimiz Heydər Əliyevin banisi olduğu
neft strategiyası çərçivəsində xarici sərmayəçilərlə ölkəmizin neft-qaz ehtiyatlarının birgə işlənməsini nəzərdə
tutan bir sıra sazişlərdən danışıb. Ş. Mövsümov eyni zamanda Fonda toplanmış vəsaitlərin səmərəli idarə
edilməsi və bu vəsaitlərdən ölkə qarşısındakı mühüm vəzifələrin həllinə yönəlmiş prioritet məsələlər və
ölkəmizin sosial-iqtisadi tərəqqisi ilə əlaqədar mühüm ümummilli layihələrin maliyyələşdirilməsi barədə də
tədbir iştirakçılarına məlumat verib.

Çıxışının sonunda Fond rəhbəri tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.

Dünya Bankının Vaşinqtondakı baş ofisində keçirilmiş Azərbaycan günləri çərçivəsində Dünya Bankının
maliyyə dəstəyi ilə uğurla tamamlanmış “Maliyyə Xidmətlərinin İnkişafı” layihəsinə dair film də nümayiş
olunub. Film layihənin icrası, əldə olunmuş nailiyyətlər və Azərpoçt MMC-də formalaşdırılmış institusional və
infrastruktur potensialına əsaslanmaqla yaxın gələcəkdə maliyyə xidmətləri spektrinin daha da
genişləndirilməsi məsələlərini əhatə etmişdir. Filmin nümayişindən sonra Azərpoçt MMC-nin baş direktor
müavini Nazim Süleymanov tədbir iştirakçılarına layihə barədə ətraflı məlumat verərək iştirakçıları
maraqlandıran sualları cavablandırıb.

 
        Dünya Bankının
        Vaşinqtondakı
        baş ofisində
        Azərbaycan Günləri

        15-16 Mart tarixində
        20 illik uğurlu əməkdaşlıq


        Tədbirlər:
        Xalça sərgisi
        və Toxuculuq dərsi

        Azərbaycan mətbəxi

        Canlı musiqi

        Rəsmi görüşlər

Created by Azerin LLC