home Mərkəzi Bank   Kommunikasiya departamenti  in English
Logo Capitol map blur
r01
  PRESS RELİZLƏR         FOTO QALEREYA         VIDEO QALEREYA         MƏTBUAT    
     
  AZƏRBAYCAN GÜNLƏRİ MƏTBUATDA

Qəzetlər

18 mart 2011.
 Mərkəzi Bankın Sədri Elman Rüstəmovun "Reuters"
informasiya agentliyi və "The Guardian" qəzetinə müsahibələri.

Neftin qiyməti qalxdığı üçün Azərbaycan büdcəyə yenidən baxacaqdır.




* Azərbaycan Mərkəzi Bankının Sədri 2011-ci ilin büdcəsində cüzi dəyişikliklərin olacağını deyir

* Neftin qiyməti hökumətin proqnozundan da yüksəkdir

* Ərzağın qiymətinin qalxması hökuməti narahat edir

Lesli Roton

Azərbaycanın baş bankiri cümə axşamı müsahibəsində deyib ki, neftin qlobal qiymətinin hökumətin əvvəllər
proqnozlaşdırdığı qiymətdən yüksək olması səbəbindən neft istehsal edən Azərbaycan 2011-ci ilin büdcəsinə
yenidən baxacaqdır.

"Düşünürük ki, ilin sonuna qiymətlər daha aşağı (indikinə nisbətən), amma il başlamazdan qabaq
proqnozlaşdırdığımız qiymətdən yüksək olacaqdır," Mərkəzi Bankın Sədri Elman Rüstəmov Reuters İnsider-ə
belə deyib.

O deyib ki, Azərbaycan Mərkəzi Bankının yanvar ayında 159 milyon ABŞ dollar artaraq 6.57 milyard ABŞ
dollarına çatan xarici valyuta ehtiyatları, ehtimal ki, 2011-ci ilin sonuna 8 milyard ABŞ dollarına bərabər
olacaqdır.

Keçmiş Sovet respublikası getdikcə daha mühüm neft istehsalçısına çevrilməkdədir və o, 2011-ci ildə 51.5
milyon ton neft istehsal etməyi planlaşdırır.

Yaxın Şərq və Şimali Afrikada iğtişaşlar yayıldığı və təchizatda pozulmalarla bağlı narahatlıqlar artdığı üçün
cümə axşamı qlobal qiymətlər təxminən 3% artıb.

Azərbaycanın büdcəsi neftin barrelinin qiyməti 60 ABŞ dolları əsasında müəyyən edilib, amma bençmark
Brent markalı xam neftin satış qiyməti cümə axşamı 114 ABŞ dollarından çox olmuşdur.

Azərbaycanın neftlə zəngin iqtisadiyyatı üçün neftin qiymətinin yüksək olması müvəqqəti olaraq yaxşı olsa da,
ərzaq qiymətlərindəki qlobal tərəddüdlər “yük”ə çevrilir, çünki ölkə əsas ərzaq idxalçısıdır.

BMT-nin Ərzaq Qiyməti İndeksi fevral ayında 1990-cı ildən bəri ən yüksək səviyyəyə çataraq səkkizə bərabər
olmuşdur ki, bu, inkişaf etməkdə olan ölkələr üçün çətinliklər törədir, çünki ev təsərrüfatları gəlirlərinin çox
hissəsini məhz ərzağa sərf edir.

Rüstəmov təsdiq edib ki, ərzağın qiymətləri narahatlıq amilidir, amma deyib ki, səlahiyyətli orqanlar
inflyasiyanı tək rəqəmli səviyyədə saxlamağa çalışacaqdır.

Azərbaycanda istehlak qiymətləri yanvarda illik əsasda 8.3 faiz artmışdır, dekabr ayında bu rəqəm 5.7%
olmuşdur, amma bu rəqəm hələ ki, hökumətin 2011-ci il üçün proqnozlaşdırdığı təkrəqəmli inflyasiya
səviyyəsinə uyğundur.

"Azərbaycan ərzağın əhəmiyyətli hissəsini idxal edir və ərzağın qiymətinin artması digər yaranmaqda olan
bazar iqtisadiyyatlarında olduğu kimi ev təsərrüfatlarının büdcəsində əhəmiyyətli paya malikdir, ona görə də
ərzağın qiymətinin Azərbaycan üçün narahatlıq törədəcəyini gözləyə bilərik," o, tərcüməçi vasitəsilə belə deyib.

"Hökumət inflyasiya tədbirlərini həyata keçirir, beləliklə bu tədbirlər vasitəsilə hökumət inflyasiya hədəflərinin
təkrəqəmli səviyyədə saxlanması yönündə səylərini sərgiləyəcəkdir," deyə o, əlavə edib.

Rüstəmov deyib ki, qiymətlərin yüksək olması ilə yaranan ərzaq təhlükəsizliyi məsələlərini ünvanlamaq üçün
2011-ci ilin büdcəsinə, ehtimal ki, yenidən baxılacaqdır.

"Bunun əhəmiyyətli düzəliş olcağına inanmıram, çünki büdcə kifayət qədər yaxşı balanslaşdırılmışdır və biz
makroiqtisadi idarəetmə və dayanıqlıq məsələləri ilə bağlı narahatlıqları nəzərə almalıyıq," o deyib. "Belə ki,
neftin qiymətinin yüksək olması və volatillik kənar şoklardır və büdcəyə transfer edilməməlidir.

"Amma eyni zamanda ölkədə ünvanlanması lazım olan ehtiyaclar ola bilər, xüsusilə də prezident son
zamanlar ərzaq təhlükəsizliyi məsələləri haqqında danışıb və bu təşəbbüslərə müvafiq olaraq kənd
təsərrüfatının inkişafının təmin edilməsi üçün kənd yerlərinin maliyyələşdirilməsinə bəzi əlavə
vəsaitlər ayrıla bilər," deyə o, əlavə edib.

O deyib ki, hədəf xərclərdəki dəyişikliklər birbaşa neftin qiymətindəki artımla bağlı deyildir, bu, hökumətin
infrastrukturu yaxşılaşdırmaqla bağlı planları ilə müəyyən edilir.

"Bu ona görədir ki, ölkədə infrastrukturun təkmilləşdirilməsi və modernizasiyası prosesi həyata keçirilir; əsas
lahiyələrdən bəzilərinə əlavə maliyyələşdirmə lazım ola və bu məqsədlə bəzi əlavə transferlər həyata keçirilə
bilər," Rüstəmov deyib.

"Bunun əhəmiyyətli olacağını gözləmirəm, beləliklə xərclərdə düzəlişlər mümkündür, amma bu,
birbaşa neftin qiymətindəki artımla bağlı deyildir."

Rüstəmov deyib ki, o, dünyada neftin qiymətinin yüksək olması baxımından hökumətin neft gəlirlərinin idarə
edilməsi siyasətində dəyişikliklərin olacağını gözləmir.

O deyib ki, dövlət neftdən 47 milyard ABŞ dolları əldə etmişdir ki, bunun 50%-i gələcək nəsillər üçün neft
fondunda saxlanmışdır, qalan hissəsi isə dövlət tərəfindən xərclərlə bağlı ehtiyac üçün sərf edilmişdir.

"Biz bu nisbətin gələcəkdə də saxlanmasını planlaşdırırıq," o deyib və əlavə edib: "İrəliyə baxsaq, neft
gəlirlərinin artacağı müəyyən edildiyi üçün gəlirlərin daha əhəmiyyətli hissəsi gələcək üçün saxlanacaqdır."


 
        Dünya Bankının
        Vaşinqtondakı
        baş ofisində
        Azərbaycan Günləri

        15-16 Mart tarixində
        20 illik uğurlu əməkdaşlıq


        Tədbirlər:
        Xalça sərgisi
        və Toxuculuq dərsi

        Azərbaycan mətbəxi

        Canlı musiqi

        Rəsmi görüşlər





































ornament
Created by Azerin LLC
carpets cuisine