home Mərkəzi Bank   Kommunikasiya departamenti  in English
Logo Capitol map blur
r01
  PRESS RELİZLƏR         FOTO QALEREYA         VIDEO QALEREYA         MƏTBUAT    
 
Xalça sərgisi və Toxuculuq dərsi













Sehrli ilmələr: Azərbaycan xalçaları ilə tanışlıq

Azərbaycan qədim xalçaçılıq mərkəzidir. Azərbaycan xalçalarının mənşəyi Bürünc Dövrünə təsadüf edir. Arxeoloji tapıntılar və yazılı mənbələrə görə, eramızdan əvvəl ikinci milleniumda Azərbaycan ərazisində yaşayan qədim insanlar müxtəlif növ xalça toxumuşlar.

Xalçalar həyat tərzi ilə sıx bağlı idi; onlar Azərbaycanlıların adətləri, ənənələri və inanclarının ayrılmaz hissəsi olmuşdur. Xalça şəxsi bütün həyatı boyu – həm kədərində, həm də sevincində müşaiyət edirdi. Azərbaycanda hər bir əhəmiyyətli tarixi yaxud hadisəni tərənnüm etmək üçün xüsusi xalça toxumaq ənənəsi vardır: uşağın doğulması münasibətilə toxunan xalçalar, gələcək gəlinlərin cehizlik üçün toxuduqları xalçalar; elçilərin qarşısına sərilən xalçalar, məscid və kilsələr üçün toxunan xalçalar və toy yaxud yaz mərasimləri üçün toxunan xalçalar.

Azərbaycan xalçaları tükənməz rəng zənginliyinə malikdir – unikal naxışlar, yaradıcı təxəyyül və kamil bacarıqlar. Xalçalardakı sehirli və rəngarəng çalarlar nar dənəciklərinin yaqut parlaqlığını, heyvaların qızılı parıltısını, zəfəranın qırmızımtıl rəngini və kəhrəba salxımları əks etdirir.

Əsrlər boyu Azərbaycanın müxtəlif regionlarnda müxtəlif xalçaçılıq məktəbi inkişaf etmişdir. Qubada, Bakıda, Şirvanda, Gəncədə, Qazaxda, Qarabağda və Naxçıvanda toxunan xalçalar yunun keyfiyyəti, boya komponentləri, boyaq və toxuma texnologiyaları, dizayn, orijinal həndəsi naxışlar və obrazları ilə bir-birindən fərqlənir.



 
        Dünya Bankının
        Vaşinqtondakı
        baş ofisində
        Azərbaycan Günləri

        15-16 Mart tarixində
        20 illik uğurlu əməkdaşlıq


        Tədbirlər:
        Xalça sərgisi
        və Toxuculuq dərsi

        Azərbaycan mətbəxi

        Canlı musiqi

        Rəsmi görüşlər













ornamental
Created by Azerin LLC