home Mərkəzi Bank   Kommunikasiya departamenti  in English
Logo Capitol map blur
r01
  PRESS RELİZLƏR         FOTO QALEREYA         VIDEO QALEREYA         MƏTBUAT    
     
  1 mart 2011, Bakı. Dünya Bankının Vaşinqtondakı baş ofisində Azərbaycan günləri
keçiriləcək
 
 
Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dünya Bankının Azərbaycan Ofisinin təşkilatçılığı ilə 15-16 mart
tarixlərində Dünya Bankının Vaşinqtondakı baş ofisində Azərbaycan günləri keçiriləcək. Bu məqsədlə
Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun rəhbərliyi ilə nümayəndə heyəti Vaşinqtona səfər
edəcək. 1992-ci ildən etibarən Dünya Bankı ilə Azərbaycan arasında qurulan əməkdaşlıq nəticəsində Dünya
Bankı Azərbaycana bazar iqtisadiyyatının qurulması, yoxsulluğun azaldılması, modern infrastrukturun
yaradılması və maliyyə sektorunun inkişafında aktiv dəstək göstərmişdir.

Dünya Bankının Vaşinqtondakı binasında keçirilən Azərbaycan günlərində də Dünya Bankı ilə Azərbaycan
arasındakı faydalı əməkdaşlıq qeyd olunacaq, bu çərçivədə keçiriləcək yüksək səviyyəli görüşlərlə Azərbaycan
və Dünya Bankı arasındakı əlaqələr və dialoq daha da möhkəmləndiriləcək. Azərbaycan günləri çərçivəsində
Azərbaycan mədəniyyəti də geniş təbliğ olunacaq.

Səfər çərçivəsində əvvəlcə Mərkəzi Bank və Dünya Bankının nümayəndə heyətlərinin iştirakı ilə Azərbaycan
günlərinin təntənəli açılış mərasimi keçiriləcək. Mərasimdə həmçinin, Dünya Bankının binasında xalçaçılıq
sərgisinin təşkili, DB və BVF əməkdaşlarına Azərbaycan mətbəxini tanıtmaq məqsədilə nahar zamanı
Azərbaycan milli xörəkləri, həmçinin Azərbaycan musiqi incilərinin təqdim edilməsi, eləcə də Azərbaycanı
tərənnüm edən FOTO QALEREYAnın nümayiş etdirilməsi nəzərdə tutulub. Dünya Bankındakı Azərbaycan günləri
çərçivəsində Azərpoçt layihəsinin uğurlu layihə kimi təqdimat mərasimi də keçiriləcək.

İki gün ərzində ölkəmizin tarixi, təbiəti, zəngin mədəni irsimizin təbliği məqsədilə Azərbaycan mədəniyyətindən
bəhs edən qısametrajlı video materiallar nümayiş etdiriləcək. Tədbirdə həmçinin, Azərbaycan haqqında
məlumatlandırıcı broşur, kitabça, buklet, disk, kitab, plakat, suvenir və digər promo-materialların sərgilənməsi
də nəzərdə tutulub.

Mərkəzi Bankın sədri E.Rüstəmovun proqram çərçivəsində DB-nin Prezidenti Robert Zollik, DB-nin
Azərbaycanın daxil olduğu seçki qrupunun icraçı direktoru Mişel Mordasini, həmçinin BVF-nin nümayəndələri
və bir sıra rəsmi şəxslərlə görüşü də planlaşdırılır.

Görüşlərin mövzusu DB, BVF ilə Azərbaycan arasındakı əməkdaşlığın hal-hazırki vəziyyəti, Azərbaycanda
həyata keçirilən layihələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə predmeti olacaq. Bununla yanaşı AMB
Sədrinin tanınmış universitetlərin birində geniş auditoriya qarşısında çıxışı, yerli və xarici mətbuat
nümayəndələri üçün müsahibəsi də nəzərdə tutulub.

 

        Dünya Bankının
        Vaşinqtondakı
        baş ofisində
        Azərbaycan Günləri

        15-16 Mart tarixində
        20 illik uğurlu əməkdaşlıq


        Tədbirlər:
        Xalça sərgisi
        və Toxuculuq dərsi

        Azərbaycan mətbəxi

        Canlı musiqi

        Rəsmi görüşlər

Created by Azerin LLC